Rezidenturaya sınaq imtahanları keçiriləcək
06 avqust 2013 17:56 (UTC +04:00)

Rezidenturaya sınaq imtahanları keçiriləcək

Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a verilən məlumata görə, TDQK  rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədilə 17 avqust baza fənləri üzrə və 18 avqust isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək. İmtahanda iştirak etmək istəyən namizədlər avqustun 6-dan 15-dək internet vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanları Bakıda keçiriləcək. 


 

 

Qeyd edək ki, qeydiyyatdan keçmək üçün 2 ədəd TQDK-nın virtual ödəmə kartı tələb olunur. Ödəmə kartlarını elektron xidmətlər portalında göstərilən internet ünvanlarından əldə etmək olar. Sınaq imtahanına gələrkən namizədlər özləri ilə şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi gətirməlidirlər.

 

 



.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar