Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün rezidenturaya aşağıda göstərilən boş qalan plan yerlərinə ərizə qəbulu elan edir.
TQDK-dan Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 19-dan 22-dək saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən TQDK-ya müraciət edə bilərlər.
Qeyd edək ki, 2016/2017-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.