Rezidenturaya ərizə qəbulu başa çatır
10 mart 2016 17:13 (UTC +04:00)

Rezidenturaya ərizə qəbulu başa çatır

 

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu bu gün başa çatır.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırki rəqəmlərə görə 1207 nəfər ərizəsini təsdiq edib. Onlardan 1058 nəfər Azərbaycan, 149 nəfər isə rus bölməsinin abituriyentləridir.

 

Rezidenturaya ərizələrin qəbulu və təsdiq edilməsi axşam 23:59-a kimi davam edəcək.

 

Qeyd edək ki, tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi 3 aprel, ikinci mərhələsi isə 29 iyul tarixində keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325

Oxşar yazılar