Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Mobil cihazların qeydiyyat sisteminin istehlakçılar üçün üstünlükləri» mövzusunda KİV nümayəndələri arasında keçirdiyi müsabiqəyə yekun vurulub.
Nazirliklə birlikdə Azərbaycanda məşhur mobil telefon brendlərinin distributorları olan «Mobitel», «Caspian Telecom», «Inteqral» və «Sun Mobile» şirkətlərinin də dəstək verdiyi müsabiqədə «APA-Economics»in əməkdaşı qalib olub.
Müsabiqənin təşkilatçılarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müəyyən edilmiş ən yaxşı 3 müəllif üçün Türkiyəyə səfər təşkil olunacaq.
Səfər zamanı jurnalistlər bu ölkənin mobil cihazların qeydiyyat sisteminin tətbiqi üzrə təcrübə ilə tanış olmaq imkanı əldə edəcəklər.
Müsabiqədə fərqlənən digər jurnalistlər də qiymətli hədiyyələrlə mükafatlandırılıb.