Sentyabrın 14-də saat 15:14-də Quba rayonundan 10 km cənubda zəlzələ baş verib. Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Episentrdə zəlzələ 3 bal olub, Quba rayonunda və zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3 bala yaxın hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.