QMİ təmsilçiləri Avropa İttifaqının mənzil-qərargahında görüşlər keçiriblər
10 oktyabr 2017 16:39 (UTC +04:00)

QMİ təmsilçiləri Avropa İttifaqının mənzil-qərargahında görüşlər keçiriblər

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Avropa İttifaqının dəvəti ilə Belçikada səfərdə olublar. Qafqaz Müsəlmanları İdarəsini tədbirdə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev və Qazılar Şurasının üzvü Hacı Ceyhun Rüstəmov təmsil ediblər. QMİ-dən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri bu beynəlxalq təşkilatın Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında bir sıra görüşlər keçirib, həmçinin NATO təmsilçiləri ilə müzakirələr aparıblar.

 

QMİ-nin sədr müavini Hacı Fuad Nurullayev Avropa İttifaqında keçirdiyi görüşlər barədə danışıb, ölkəmizdəki tolerantlıq mühiti ilə bağlı səmərəli müzakirələr aparıldığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar