Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vətəndaşlarla görüşəcək. Bu barədə Lent.az-a DTXK-nin mətbuat xidmətindən məlumat verilib. Komitə sədri iyunun 7-də Şəkidə ətraf rayonların sakinlərini qəbul edəcək.
Q. Məmmədovun qəbulunda Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ, Mingəçevir sakinləri iştirak edə bilərlər.