Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa və İMEX şirkətinin Sakit okean qrupunun baş direktoru Le Hong Thuy Tien ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q.Paşayeva görüşdə Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.
Millət vəkili ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və fikir mübadiləsi aparıb. Q.Paşayeva Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə, Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa və İMEX Sakit okean qrupunun baş direktoru Le Hong Thuy Tien Azərbaycanla bağlı məlumatlar verib. Millət vəkili görüş zamanı Vyetnam nümayəndə heyətinin üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışıb. Görüşün sonunda millət vəkili onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.