Qənirə Paşayeva Türkiyədə Şuşa ilə bağlı çıxış edib
08 may 2013 10:47 (UTC +04:00)

Qənirə Paşayeva Türkiyədə Şuşa ilə bağlı çıxış edib

Türkiyənin Giresun Universitetində Şuşanın Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Giresun Universitetinin rektoru Aygün Attar Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirib və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, bu şəhərin hər birimiz üçün doğma şəhər olduğunu qeyd edib.

 

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva  qeyd edib ki, Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi  olub. Bu şəhərdə mədəniyyətə  əvəzsiz  töhfələr verən dahi şəxsiyyətlər orada yetişib: “Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil,  hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və   tarixi abidələri  məhv edirlər və dünya buna göz yumur”.

 

Millət vəkili çıxışında  Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, barədə ətraflı məlumat da verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar