Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb
13 iyul 2015 10:26 (UTC +04:00)

Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb

Qənirə Paşayeva Tovuzun Hunan kəndində sakinlərlə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili söhbət zamanı son zamanlar artan dəhşətli yol qəzalarından danışıb və Tovuzda təkcə son 3 ayda böyük faciə və insanların ölümü ilə nəticələnən hadisələrə diqqəti yönəldərək bütün sürücü və piyadalarımızı diqqətli olmağa çağırıb. Qənirə Paşayeva surətli avtomobil idarə etmənin hər yerdə pis hadisələrlə nəticələndiyini vurğulayaraq sürücülərimizi heç bir yerdə özəlliklə də kəndlərdə surətli avtomobil idarə etməyə və diqqətli olmağa çağırıb.

Seçicilər millət vəkili ilə görüşdə ən çox ünvanlı sosial yardımla bağlı müraciət ediblər. Sakinlərin ən böyük istəyi isə kəndin qazlaşması məsələsi olub.

Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Hunan sakinləri Tovuz şəhərindən kəndə gələn yolun yüksək səviyyədə çəkilməsini xüsusi vurğulayaraq prezidentə təşəkkürlərini bildiriblər.

Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar