Qarabağ qazilərinin saytı fəaliyyətə başlayıb
27 yanvar 2015 11:38 (UTC +04:00)

Qarabağ qazilərinin saytı fəaliyyətə başlayıb

“Qarabağ qazilər” birliyinin www.qaziler.az saytı fəaliyyətə başlayıb. Bu barədə Lent.az-a təşkilatın sədri Etimad Əsədov məlumat verib. Onun sözlərinə görə, döyüşçülər belə bir saytın fəaliyyətə başlamasını çoxdan planlaşdırıblar: “Çoxdan özümüzün mətbu orqanımızı yaratmaq istəyirdik. Yeni saytın baş redaktoru tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğludur”.

Qaziler.az saytının məqsəd və məramından danışan E.Əsədov deyib ki, saytda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olanların, şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının problemləri, onların döyüş və həyat yolu haqqında geniş məlumatlar, dövlətin bu qəbildən olan insanlara yönəlik gördüyü işlər haqqında mütəmadi və sistemli xəbər veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar