Bu prospekdə hərəkət məhdudlaşdırılır
12 avqust 2016 18:03 (UTC +04:00)

Bu prospekdə hərəkət məhdudlaşdırılır

Qara Qarayev prospektinin daha bir hissəsində hərəkət məhdudlaşdırılır. Lent.az-ın məlumatına görə, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən ( “Laçın” ticarət mərkəzi ) Babək prospekti ilə kəsişməyədək olan hissəsındə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

 

Sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

Baş verə biləcək narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar