Qafar Cəbiyev: ”Dövlət dilindən istifadə ilə bağlı narahatçılıq yoxdur”
08 noyabr 2013 15:28 (UTC +04:00)

Qafar Cəbiyev: ”Dövlət dilindən istifadə ilə bağlı narahatçılıq yoxdur”

“Hazırda Azərbaycan teleradio məkanında dövlət dilindən istifadə ilə bağlı narahatçılıq üçün əsas ola biləcək hər hansı bir ciddi problemimiz yoxdur. Aparılmış monitorinq və müzakirələr sadəcə, teleradio mətbəximizdə vəziyyətin daha yaxşı olması məqsədinə xidmət edir”.

Bunu Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, MTRŞ fəaliyyət göstərdiyi 11 il ərzində teleradio yayımçılarının dövlət dilindən istifadə məsələsi şura üçün prioritet istiqamətlərdən olub Q. Cəbiyev qeyd edib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi nəzərdə tutulur. Bu istiqamətdə Milli Televiziya və Radio Şurası Dilçilik İnstitutu ilə birlikdə müvafiq kursların təşkili üzərində işləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar