Digər oynaqlar kimi çənə oynağında da çıxıq yarana bilər.
Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin hazırladığı məlumatda bildirilir ki, insanın yuxarı çənəsi hərəkətsizdir. Aşağı çənə isə gicgah-çənə oynağı vasitəsilə hərəkət edir. Bəzən aşağı çənə oynağının çıxığı inkişaf edə bilər.
Belə çıxıqlar hansı səbəblərdən yaranır?
- qida qəbulu, əsnəmə, qışqırma, qusma və s. zamanı ağzın birdən və güclü açılması,
- aşağı çənənin birdən və güclü aşağı salınması (misal üçün, qida qəbulu zamanı),
- dişlərin çəkilməsi, pis vərdişlər (dişlərlə butulkaların, bağlamaların açılması vərdişi və s.),
- bağların, oynağın zəifləməsinə səbəb olan bəzi xəstəliklər (revmatizm, podaqra və s.),
- müxtəlif travmalar (yıxılma, zərbə və s.).
Məlumata görə, qadınlarda çənə çıxığına kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Bu qadınların fiziologiyası ilə bağlıdır. Qadınlarda çənə oynağı kisəsi daha kiçikdir və bu səbəbdən oynağın başcığı oynaq kisəsindən daha asan çıxır...