Azərbaycanda kişi 6 uşaqlı  arvadını vəhşicəsinə döydü: övladlarının səs-küyünə görə
18 oktyabr 2025 14:24 (UTC +04:00)

Azərbaycanda kişi 6 uşaqlı arvadını vəhşicəsinə döydü: övladlarının səs-küyünə görə

1

Daşkəsən uşaqların səs-küyündən əsəbiləşən kişi arvadını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.

41 yaşlı İzzət Muradov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını yerə yıxaraq, təpiklə başına zərbələr vurub.

Təqsirləndirilən şəxs bildirib ki, mübahisəyə səbəb arvadının onun sözünə əməl etməməsi və uşaqların səs-küy salması olub:

“Evdə uşaqlar səs-küy salanda tez əsəbiləşirəm və nalayiq sözlər işlədirəm. Əvvəllər də belə olub”.

6 uşaq anası olan zərərçəkənin sözlərinə görə əri ilə arasında süfrənin təmiz olmaması səbəbindən mübahisələri olub:

“İzzətə dedim ki, uşaqlar dərs edirlər, mən də kürədə çörək bişirirəm. İşimi bitirib süfrəni təmizləyəcəm. Lakin o, mənimlə mübahisə etdi. Yanında uzaqlaşanda saçımdan tutdu, dartıb yerə yıxdı. Sonra təpiklə başıma zərbələr vurdu. Başımdan qan axırdı. Bu hadisədən sonra polisə şikayət etdim. Əvvəllər də ərim məni döyüb. Lakin məhkəmədə şikayətçi olmamışam. Amma yenə də İzzət hər gün evdə səbəbsiz yerə dava-dalaş salırdı. Məni uşaqlarımın yanında söyüb döyürdü. Həm də məni və azyaşlı qızımızı əxlaqsız adlandırır”.

Qadın bildirib ki, 6 uşağının hamısı azyaşlıdır və onları çətinliklə böyüdür. Buna baxmayaraq, əri tərəfindən daim döyülür. Əri ilə barışmaq istəmir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir.

Hadisə ilə bağlı İzzət Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən iclasda İzzət Muradovun 20 gün müddətinə inzibati qaydada həbs olunmasına qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 568

Oxşar yazılar