Barışmaq üçün sevgilisinə keçi oğurlayıb  verdi
18 oktyabr 2025 14:41 (UTC +04:00)

Barışmaq üçün sevgilisinə keçi oğurlayıb verdi

0

Rusiyada bir kişi incitdiyi qadının könlünü almaq üçün oğurladığı keçini ona hədiyyə edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, kişi yolun kənarında otlayan sürüdən bir keçi oğurlayaraq, avtomobilinin arxa oturacağına qoyub.

Daha sonra o, həmin keçini əvvəllər incitdiyi qadına bağışlayıb ki, onun üzrünü qəbul etsin. Lakin qadın kişinin xarakterinə bələd olduğu üçün hədiyyənin qanuni əldə olunmasından şübhələnib və polisə müraciət edib.

Nəticədə oğurlanmış heyvan sahibinə qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar