Qusarda maşın kanala aşdı, 5 yaralı var
18 oktyabr 2025 15:53 (UTC +04:00)

Qusarda maşın kanala aşdı, 5 yaralı var

0

Qusar-Şahdağ avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, “Renault” markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

Qəza zamanı Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar