Təyyarə qəzasında yaralanan Nurullah dayı vəfat etdi
18 oktyabr 2025 12:34 (UTC +04:00)

Təyyarə qəzasında yaralanan Nurullah dayı vəfat etdi

0

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər. Nurullah Siracov bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah dayı 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

Qeyd edək ki, Nurullah Siracov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, AZAL-ın təyyarəsi ilə Qroznıya bu xəstəliklə bağlı əməliyyat olunmaq üçün gedirmiş. Lakin məlum hadisə səbəbindən Nurullah dayı əməliyyat oluna bilmədi və xəsarət alaraq, Bakıda xəstəxanaya yerləşdirildi.

Nurullah dayı aldığı xəsarətlərdən sağalsa da xərçəngdən xilas ola bilmədi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3427

Oxşar yazılar