Ermənistanda mikroavtobus qəzası: 10 nəfər  yaralandı
19 oktyabr 2025 01:55 (UTC +04:00)

Ermənistanda mikroavtobus qəzası: 10 nəfər yaralandı

0

Ermənistanda İrəvan–Çarentsavan magistralında “QAZel” markalı mikroavtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə saat 19:40-da Alapars–Çarentsavan yol ayrıcında baş verib. “Mercedes” markalı minik avtomobili ilə 275 nömrəli marşrut xətti üzrə hərəkət edən mikroavtobus toqquşub.

Hadisə ilə bağlı istintaq aparılır, qəzanın dəqiq səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar