Özünü 50 ildən  çox kor kimi  göstərib 1 milyon avro  yığdı
18 oktyabr 2025 12:06 (UTC +04:00)

Özünü 50 ildən çox kor kimi göstərib 1 milyon avro yığdı

0

İtaliyada 70 yaşlı kişi nəhəng dələduzluqda ittiham olunur. O, özünü 50 ildən çox tamamilə kor kimi göstərərək, dövlətdən mütəmadi əlillik müavinəti alıb. Bu müddət ərzində o, 1 milyon avrodan çox pul toplayıb.

Lent.az xəbər verir ki, yer­li KİV-in yazdığına görə, Viçensa vilayətinin sakini guya istehsalat qəzasından sonra görmə qabiliyyətini itirdiyi üçün müavinət alırmış. Əlilliyi rəsmi şəkildə tanındıqdan sonra kişi 53 il ərzində fasiləsiz olaraq bu ödənişləri alıb.

Lakin son vaxtlar maliyyə polisi şübhə duymağa başlayıb. Məlumatların çarpaz yoxlanışı zamanı bəzi uyğunsuzluqlar istintaq orqanlarında şübhə yaradıb və onlar “kor” təqaüdçünü müşahidə etməyə qərar veriblər.

İki ay ərzində Viçensa əməliyyatçıları Arçinyano kollegaları ilə birlikdə onu gizli şəkildə izləyib və hər şeyi videoya çəkiblər. Nəticədə şokedici kadrlar əldə olunub: kişi küçələrdə sərbəst hərəkət edir, asanlıqla alış-veriş edir, bazarda məhsullara diqqətlə baxır, təhlükəli bağ alətlərindən ehtiyatla istifadə edir və nağd pulla özü hesab ödəyirdi.

Bundan sonra Viçensa prokurorluğu ona dövlətə qarşı dələduzluq ittihamı irəli sürüb.

Maliyyə polisi ödənişlərin dərhal dayandırıldığını bildirib və vergi yoxlamasına başlayıb. Nəticədə son beş ildə qanunsuz əldə edilmiş gəlirlərə uyğun olaraq 200 min avrodan çox vergi öhdəliyi hesablanıb.

İndi 70 yaşlı “saxta kor”u cinayət məsuliyyəti gözləyir və onun işi İtaliyanın sosial ödəniş sistemindəki boşluqların səs-küylü nümunəsinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar