Bakıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Naxçivani küçəsində qeydə alınıb.
68 yaşlı Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobili yaşadığı hündürmərtəbəli binanın yeraltı dayanacağından çıxararkən 71 yaşlı Sadıqova Esmira Həsənağa qızını vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.