Tramp bu azarkeşləri  dünya çempionatına buraxmayacaq
18 oktyabr 2025 16:11 (UTC +04:00)

Tramp bu azarkeşləri dünya çempionatına buraxmayacaq

0

Azarkeşlər 2026-cı il dünya çempionatı zamanı ABŞ-a girişdə çətinliklə üzləşə bilərlər.

Lent.az xəbər verir ki, buna ABŞ prezidenti Donald Trampın sərtləşdirilmiş sərhəd siyasəti səbəb ola bilər. Yeni qaydalara sosial şəbəkələrin monitorinqi də daxildir. Bildirilir ki, hətta köhnə şərhlərə və ya cüzi məhkumluqlara görə də ölkəyə buraxılmamaq riski var.

Bu şəraitdə, ABŞ-a mundiala səfər etmək riskli turizm addımı kimi qiymətləndirilir. Potensial giriş qadağası ehtimalı nəzərə alınmalıdır.

Dünya çempionatı 11 iyun — 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar