Bu səhər vərdişi həyatınıza baha başa gələ bilər - TƏHLÜKƏLƏRİ
18 oktyabr 2025 11:14 (UTC +04:00)

Bu səhər vərdişi həyatınıza baha başa gələ bilər - TƏHLÜKƏLƏRİ

0

Səhər yeməyini ötürmək vərdişi müasir tələsik həyat tərzinin nəticəsi olaraq geniş yayılıb, lakin bu, ölümcül dərəcədə təhlükəli ola bilər.

Lent.az bu təhlükələri təqdim edir:

Səhər yeməyini yeməmək vərdişi tələsik həyat tərzinin bir hissəsinə çevrilsə də, sağlamlıq üçün ciddi təhlükə yaradır. Amerikalı tədqiqatçılar sübut ediblər ki, səhər yeməyindən imtina etmək ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Alimlər 40-75 yaş arası 6550 nəfər böyüklə bağlı sağlamlıq məlumatlarını təhlil ediblər. Bu məlumatlar ABŞ-da 1988-1994-cü illər arasında toplanıb. Daha sonra alimlər 2011-ci ilə qədər həmin insanların sağlamlıq vəziyyətini izləyiblər ki, səhər yeməyi vərdişinin uzunmüddətli təsirlərini o cümlədən ölüm göstəricilərini qiymətləndirə bilsinlər.

Tədqiqat iştirakçıları aşağıdakı qruplara bölünüb:

heç vaxt səhər yeməyi yeməyənlər (5,1%),

çox nadir hallarda yeyənlər (10,9%),

bəzən yeyənlər (25%),

hər gün səhər yeməyi yeyənlər (59%).

İştirakçıların orta yaşı 53 idi.

Niyə səhər yeməyi günün ən vacib yeməyidir

Mütəxəssislər bildirirlər ki, səhər yeməyindən imtina edənlərin sayı son 50 ildə, xüsusilə ABŞ-da, kəskin artıb. Hazırda gənclərin təxminən 24%-i hər gün səhər yeməyini buraxır. Elmi nəticələr isə göstərir ki, bu vərdiş təkcə enerji çatışmazlığı deyil, bir çox ciddi xəstəliklərin riskini də artırır. Səhər yeməyindən mütəmadi imtina:

artıq çəki və piylənmə,

yüksək qan təzyiqi,

2-ci tip şəkərli diabet,

metabolik sindrom,

ürəyin işemik xəstəliyi və

insult riskini artırır.

Araşdırmaların yekununa görə, səhər yeməyini buraxmaq ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə yüksəldir. Alimlər qeyd edirlər ki, müntəzəm və vaxtında səhər yeməyi təkcə faydalı vərdiş deyil, həm də sağlamlığı qorumağın sadə, amma çox təsirli bir üsuludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar