Prezident yanında Təhsil üzrə Komissiya ləğv olundu
09 mart 2016 18:46 (UTC +04:00)

Prezident yanında Təhsil üzrə Komissiya ləğv olundu

 
 
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” 2005-ci il 30 may tarixli sərəncamının ləğvi barədə sərəncam imzalayıb. Lent.az-ın AZərTAC-a istinadən xəbərinə görə, sərəncama əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” sərəncam ləğv olunub.
 
 
 
 
Prezidentin digər sərəncamları ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” 2011-ci il 7 fevral tarixli və 2013-cü il 24 may tarixli sərəncamlar da ləğv olunub.
 
 

Prezidentin növbəti sərəncamı ilə “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” 2011-ci il 11 iyul tarixli sərəncamını da ləğv edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar