Prezident şərabçılıqla bağlı yeni dövlət proqramını təsdiqlədi
03 may 2018 16:35 (UTC +04:00)

Prezident şərabçılıqla bağlı yeni dövlət proqramını təsdiqlədi

Prezident İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görüləcək.

İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əlaqələndirməli və icranın gedişi barədə ildə bir dəfə prezidentə məlumat verməlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar