<b>Qeyri-rəsmi məşğulluğun qarşısı alınacaq -</b> <span style="color:red;">SƏRƏNCAM
09 oktyabr 2017 17:47 (UTC +04:00)

Qeyri-rəsmi məşğulluğun qarşısı alınacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.

 

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirməli və icranın gedişi barədə hər yarımildə bir dəfə prezidentə məlumat verməlidir.

 

Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar