Prezident İlham Əliyev sürüşdürülən binaya baxış keçirib
27 aprel 2013 18:18 (UTC +04:00)

Prezident İlham Əliyev sürüşdürülən binaya baxış keçirib

Prezident İlham Əliyev Bakıda yaradılan yeni istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Lent.az-ın “AzərTAC”-a istinadən verdiyi məluata görə, prezident İlham Əliyev bu gün paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına inşa olunan park kompleksinin layihəsi əsasında məlumat verib. Bildirib ki, yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Bildirilib ki, parkda inşa olunan və ən müasir tələblərə cavab verən 5 fəvvarədə tamamlama işləri aparılır. Texniki mərtəbədə fəvvarələr üçün ayrıca stansiya quraşdırılıb.

 

Prezident İlham Əliyev Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi ilə də tanış olub.

 

Proses barədə Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, binanın köçürüləcəyi yeni ərazidə möhkəm təməl qoyulub. Bu da tarixi binanın davamlılığının uzun müddət üçün artırılmasına kömək edəcək. Sürüşdürülmə prosesinin bu gün axşam saatlarında başa çatdırılacağı qeyd olunub. Prezident İlham Əliyev sürüşdürülmə prosesini izləyib. Sonra dövlət başçısı park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3975
avatar

Oxşar yazılar