Prezident İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
03 may 2013 15:31 (UTC +04:00)

Prezident İlham Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Mayın 3-də Sumqayıta səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzdəki eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırda ölkəmizin hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.

Dövlət başçısı həmçinin Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısı Cümə Məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, 2003-cü ildə şəhərin 6-cı mikrorayonunda istifadəyə verilən məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər. 2011-ci ilin iyulunda prezident İlham Əliyev məsciddə olub. Dövlət başçısının tapşırığına əsasən məscid əsaslı təmir edilib. Burada 34 metr hündürlüyündə minarə inşa olunub, 480 kvadratmetr sahəyə təzə xalça döşənilib. Məscidin mehrabı yenidən düzəldilmiş, künbəzin iç üzü əlyazmalarla bəzədilib, 624 kvadratmetr döşəmə yenidən qurulub.
Prezident İlham Əliyev Cümə Məscidində yaradılmış şəraitdən razılığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980
avatar

Oxşar yazılar