Prezident İlham Əliyev Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın azərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant E.S.Məmmədova “Əməkdar jurnalist” fəxri adı verilib.