Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı şəxsləri təltif edib:
“Vətən uğrunda” medalı ilə
Məmmədov İlqar Aydın oğlu – general-mayor.
“İgidliyə görə” medalı ilə
Səmədov Aqşin İnqilab oğlu – leytenant (ölümündən sonra)
Hacıyev Faiq Qədir oğlu – çavuş (ölümündən sonra)
Hüseynov Saleh İsi oğlu – əsgər (ölümündən sonra).
“Hərbi xidmətlərə görə” medalı ilə
Daşdəmirov Çingiz Əli oğlu – polkovnik
İlmazov Əhliman Xalid oğlu – polkovnik
Məmmədov Şahin İbrahim oğlu – polkovnik
Əliyev Rəhman Hüseyin oğlu – polkovnik-leytenant
Hüseynov Mübariz Afiq oğlu – polkovnik-leytenant
İbrahimov Afər Xamməd oğlu – polkovnik-leytenant
Məmmədov Yusif Miryaqub oğlu – polkovnik-leytenant
Mustafayev Rafət Komsomol oğlu – polkovnik-leytenant
Paşayev Səməd Hafiz oğlu – polkovnik-leytenant
Səmədov Səbuhi Azad oğlu – polkovnik-leytenant
Yusubov Şiraslan Musa oğlu – polkovnik-leytenant
Əsədov Ziya Ramiz oğlu – mayor
İmanov Vidadi İman oğlu – mayor
Qəhrəmanov Hikmət Həsrət oğlu – mayor
Məmmədov Müşfiq Qəşəm oğlu – mayor
Staritskiy Vyaçeslav İqoreviç – mayor
Tağıyev Sadiq Feyruz oğlu – mayor
Zeynalov Müşviq Sovet oğlu – mayor
Hüseynov Emin Elçin oğlu – kapitan
Xəlilov Təbriz Müslüm oğlu – baş leytenant
Məmmədov Rəşad Əşrəf oğlu – baş leytenant.