Polis orqanları üçün xüsusi binaların tikintisinə dair tələblər dəyişdi
20 iyun 2013 12:21 (UTC +04:00)

Polis orqanları üçün xüsusi binaların tikintisinə dair tələblər dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

 

Lent.az-ın verdiyi məlumata görə, indiyə qədər polis orqanları üçün obyektlərin layihələşdirilməsi, tikintisi və yenidən qurulması respublikada qüvvədə olan tikinti normativ sənədlərinin tələblərinə əməl olunmaqla həyata keçirilib.

 

Bundan sonra polis orqanları üçün obyektlərin layihələşdirilməsi, tikintisi və yenidən qurulması respublikada qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla həyata keçiriləcək. Şəhər-rayon polis orqanları üçün nəzərdə tutulmuş bina və qurğular bir qayda olaraq inzibati ərazi vahidlərinin (şəhərlərin, rayonların, qəsəbələrin və digər yaşayış yerlərinin) mərkəzlərində yerləşdirilməli və onların tikintisi üçün ayrılan torpaq sahələri mövcud qanunvericiliyə  və qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən seçilməlidir. Tədris müəssisələrinin yerləşdiyi sahə də şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun seçilməli və tədris müəssisələrinə olan tələbat layihə tapşırığına əsasən müəyyənləşdirilməlidir. Digər tərəfdən, əgər indiyə qədər ərazi üzrə bina və qurğuların yerləşdirilməsi Daxili İşlər Nazirliyinin müvafiq orqanları və əlaqədar təşkilatlar tərəfindən razılaşdırılmış  sahə planı sxemi, yaxud baş plan əsasında aparılırdısa, bundan sonra ərazi üzrə bina və qurğuların yerləşdirilməsi Daxili İşlər Nazirliyinin müvafiq orqanları ilə razılaşdırılmaqla, ərazi planlaşdırılması sənədləri əsasında aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151
avatar

Oxşar yazılar