Peşə təhsilinə ayrılan vəsait artırılacaq
19 iyun 2013 15:17 (UTC +04:00)

Peşə təhsilinə ayrılan vəsait artırılacaq

“Dövlət büdcəsindən peşə təhsilinə ayrılan vəsait ilbəil artmaqdadır. Əgər 2007-ci ildə dövlət büdcəsindən ilk peşə-ixtisas təhsilinə 16.4 milyon manat vəsait ayrılmışdısa, 2012-ci ildə bu rəqəm 30.6 milyon manata qədər artıb”. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu vəsaitin 86,3 faizi əmək haqqı, təqaüd və kommunal xidmətlərin ödənilməsinə  sərf edilib: “Növbəti illərdə peşə təhsilinə ayrılan vəsaitin həcminin artacağı gözlənilir. 2007-2012-ci illər-ci illər üzrə “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının icrası ilə əlaqədar 6408 milyon manat məbləğində vəsait ayrılıb. Bu müddət ərzində beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə bir sıra layihələr həyata keçirilib. Bu layihələrin ümumi dəyəri 4 milyon avroya yaxındır. Lakin bu vəsaitlərin böyük hissəsi məsləhət xidmətlərin həyata keçirilməsinə, tədris səfərlərinin təşkilinə, müxtəlif dərslik və dərs vəsaitlərinin hazırlanmasına sərf edilib”.

 

Nazirlikdən bildirilib ki, dövlət proqramının icrası dövründə bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir olunub, 3 yeni peşə təhsili müəssisəsi yaradılıb. Dövlət Proqramı çərçivəsində 60-a yaxın peşə təhsili müəssisəsi üçün ümumi dəyəri 3634500 manat məbləğində müxtəlif texnika, maşın, mebel və avadanlıqlar alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar