Peşə Təhsili üzrə Dövlət Agentliyi işçilərinin say həddi müəyyənləşib
12 avqust 2016 17:02 (UTC +04:00)

Peşə Təhsili üzrə Dövlət Agentliyi işçilərinin say həddi müəyyənləşib

 

Nazirlər Kabineti Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar verib.

 

 

Lent.az-ın məlumatına görə, qərara əsasən, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddi 42 vahid müəyyən edilib.

 

Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə isə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Qeyd edək ki, qərar imzalandığı gündən qüvvəyə minir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar