Paytaxtda görünməmiş tıxac
22 iyun 2013 11:35 (UTC +04:00)

Paytaxtda görünməmiş tıxac

Dünən axşam saatlarında paytaxtın bir sıra ərazilərində, o cümlədən “Azadlıq prospekti” metro stansiyasından üzü Sumqayıt istiqamətinə (Binəqədi-Novxanı-Sumqayıt yolu) və əks istiqamətdə güclü tıxaclar yaranıb. Lent. az-ın məlumatına görə, bu cür tıxaca indiyəcən rast gəlinməyib. Hərəkət tamamilə dayanıb və maşınlar saatlarla tıxacda qalmalı olub. Bu səbəbdən adamlar Novxanıya və Corata piyada getmək məcburiyyətində qalıblar.

 

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, paytaxta yağan yağış sularının yaratdığı fəsadlar nəticəsində Rəsulzadə, Biləcəri qəsəbələri, 7 və 8-ci mikrorayonlarda tıxac əmələ gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196

Oxşar yazılar