Pakistan prezidenti BDU-nun fəxri doktoru oldu
13 mart 2015 14:50 (UTC +04:00)

Pakistan prezidenti BDU-nun fəxri doktoru oldu

Bakı Dövlət Universitetində Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib. Ali məktəbin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonaq öncə universitetin şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələri ilə görüşüb. Tələbələr urdu dilində salamlama nitqi söyləyib, Azərbaycan-Pakistan əlaqələri, Pakistanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı fikirlər səsləndirib, məşhur pakistanlı şair Allama İqbalın şeirlərini səsləndiriblər.

 

Sonra o, Heydər Əliyev Muzeyi ilə tanış olub. Tədbir işini universitetin böyük akt zalında davam etdirib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov müasir dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyni salamlayaraq onun Bakı Dövlət Universitetinə gəlişini tarixi hadisə adlandırıb.

 

Daha sonra rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib. Pakistan prezidenti BDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan münasibətlərindən danışıb və əlaqələrin hazırkı durumundan razılığını bildirib. Sonda Bakı Dövlət Universitetinin tələbələri adından Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi, Pakistan vətəndaşı Ərşad Rana çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 91
avatar

Oxşar yazılar