Oyunlar zolağında hərəkət edən 1841 avtomobil cərimələnib
24 iyun 2015 11:05 (UTC +04:00)

Oyunlar zolağında hərəkət edən 1841 avtomobil cərimələnib

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.

 

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, may ayının 29-dan bu gün səhər saat 10-a qədər Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda müvafiq icazəsi olmayan 1841 nəqliyyat vasitəsi barədə inzibati protokol tərtib edilib.

 

V. Əsədov sürücülərə bir daha bu zolaqlarda hərəkət etməməyi  tövsiyə edib.

 

Qeyd edək ki, may ayının 29-dan iyul ayının 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar