Ötən il 5957 şagird buraxılış imtahanlarında iştirak etməyib
29 mart 2016 15:27 (UTC +04:00)

Ötən il 5957 şagird buraxılış imtahanlarında iştirak etməyib

 

Ötən il 9-cu siniflərin buraxılış imtahanlarında 105608 nəfər iştirak edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların 25.20%-i Azərbaycan dili, 26,89 %-i riyaziyyat fənni üzrə, 10.14%- rus dili fənni üzrə qeyri-kafi (2) qiymət alıb.

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin 75.89%-i ana dili, 73.11%-i riyaziyyat, 64.58%-i bütün fənlər üzrə müsbət qiymət alıb.

 

Bundan başqa, 9-cu siniflərin buraxılış imtahanlarında iştirak edən şagirdlərin yarısına yaxın hissəsi (44.38%-i) Azərbaycan dili fənni üzrə “3” alıb. Riyaziyyat fənni üzrə “3” qiymət alanlar imtahanda iştirak edənlərin 39.73%-ni təşkil edib. Rus dili fənni üzrə imtahanda iştirak edənlərin 42.73%-i “3” qiymət alıb. Azərbaycan dili fənni üzrə buraxılış imtahanından “4” və “5” qiymət alanların nisbi sayı 30.42% olduğu halda, rus dili fənni üzrə bu göstərici 47.13%-dir (riyaziyyat fənni üzrə Azərbaycan bölməsində “4” və “5” qiymət alanların nisbi sayı 32.04, rus bölməsində isə 50.70%-dir).

 

 

Həmçinin, ötən il buraxılış imtahanlarında iştirak edən 86236 nəfər 11-ci sinif şagirdindən "2" qiymət alanların nisbi sayı Azərbaycan dili fənni üzrə 21.10%-ə, riyaziyyat fənni üzrə 21.54%-ə, rus dili fənni üzrə 5.90%-ə, xarici dil/kimya fənni üzrə 18.72%-ə bərabər olub.

Bundan başqa,  “4” və “5” qiymət alan şagirdlərin nisbi sayı Azərbaycan dili fənni üzrə 41.41%-ə, riyaziyyat fənni üzrə 45.83%-ə, rus dili fənni üzrə 58.24%-ə, xarici dil/kimya fənni üzrə 37.98%-ə bərabərdir (riyaziyyat fənni üzrə Azərbaycan bölməsində “4” və “5” qiymət alanların nisbi sayı 44.01, rus bölməsində 66.72, xarici dil/kimya fənni üzrə Azərbaycan bölməsində “4” və “5” qiymət alanların nisbi sayı 35.29, rus bölməsində 68.73%-dir).

 

11-ci sinif şagirdlərinin isə 80.12%-i ana dili, 78.46%-i riyaziyyat, 81.28%-i xarici dil fənni, 64.90%-i bütün fənlər üzrə müsbət qiymət alıb. Ən pis göstəricilər xarici dil/kimya fənni üzrə, ən yaxşı göstəricilər isə rus dili fənni üzrə olub.

 

Qeyd edək ki, buraxılış imtahanlarında bu və ya digər səbəblərdən 5957 nəfər (9-cu və 11-ci siniflər üzrə, müvafiq olaraq, 3242 və 2715 nəfər) iştirak etməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86
avatar

Fərizə Əhmədova

Oxşar yazılar