Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 8-14 iyul tarixlərində 11 min 585 çağırış daxil olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çağırışlar nəticəsində 1073 nəfər hospitallaşdırılıb.
Çağırışlar əsasən günvurma, suda boğulma, həşərat sancmaları ilan sancmaları, yol nəqliyyat hadisələri, travmalar və yoluxucu xəstəliklərlə əlaqədar olub.