İyunun 1-dən bəri 22 nəfəri ilan sancıb
08 iyul 2015 11:34 (UTC +04:00)

İyunun 1-dən bəri 22 nəfəri ilan sancıb

 

İyun ayı ərzində Azərbaycanda 18 ilan sancma faktı qeydə alınıb.

Bunu Lent.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib. 

Onun sözlərinə görə, zərərçəkənlərdən 13 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlı olub. Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.  İlan sancma halları əsasən Bakı ətrafı qəsəbələrdə - Zirə, Güzdək, Maştağa, Qaradağ və digər ərazilərdə baş verib.

A.Maqsudov qeyd edib ki, iyun ayında 3 nəfər əqrəb sancma, 1 nəfər isə qaraqurd sancması ilə bağlı şöbəyə müraciət edib.

İyul ayının 8-nə kimi isə 4 ilan sancma halı yaşanıb. Onlardan 1-i azyaşlı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Fərizə Əhmədova

Oxşar yazılar