Orxan Fikrətoğlu  BAMF-ın Fəxri Diplomuna  layiq görülüb
03 mart 2016 18:08 (UTC +04:00)

Orxan Fikrətoğlu BAMF-ın Fəxri Diplomuna layiq görülüb

Azərbaycanın tanınmış  yazıçısı, ssenarist,rejissor və jurnalisti Orxan Fikrətoğlu  BMT-nin İqtisadi və Sosial Şurası QHT bölməsinin  ən yüksək statuslu üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Fəxri Diplomuna layiq görülüb.

Lent.az-ın məlumatına görə, mükafatı tanınmış aparıcı və publisistə BAMF-ın sədri Umud Mirzəyev  təqdim edib. Cənab Mirzəyev bildirib ki, Orxan Fikrətoğlu məhz Azərbaycanda publisistika, rejissura, kino işi və media sahəsinin tərəqqisi və populyarlaşdırılmasında oynadığı vacib rola, göstərdiyi  dəstəyə görə bu mükafatla  təltif olunub. Orxan Fikrətoğlu isə 50 illik yubileyi ərəfəsində belə bir diploma layiq görülməsini özü üçün çox xoş hadisə adlandırıb. O, fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə BAMF-ın sədri və bütün kollektivinə öz minnətdarlığını bildirib.

  Qeyd edək ki, Orxan Fikrətoğlu 80-ci illərdən kino, publisistika və media sahəsində fəaliyyət göstərir. Onun bu günədək mətbuatda yüzlərlə publisistik yazıları, povestləri, hekayələri çap edilib. Əsərləri müxtəlif ölkələrdə işıq üzü görüb. Onun yazdığı ssenarilər əsasında Azərbaycanda, Türkiyə və Özbəkistanda bir neçə film çəkilib. Beynəlxalq Yalta kinofestivalının ilk ali mükafatçısı olan Orxan Fikrətoğlu çoxlu sayda  bədii nəsr kitabının, üç publisistik kitabın da müəllifidir. Hekayələri “Dünya Nəsr Antologiyasına” düşüb.  Hazırda Mədəniyyət və Turizm nazirliyinin  nəzdindəki “Salnamə” sənədli filmlər studiyasının baş redaktorudur. Azad Azərbaycan telekanalında layihə rəhbəridir.

Xatırladaq ki, BMT-nin İqtisadi və Sosial Şurası QHT bölməsinin Ən Yüksək Statuslu üzvü , BAMF-ın Fəxri Diplomu  1993-cü ildən etibarən təqdim olunur. Diplom dünyada sülhün təbliği, azad sözün və obyektiv informasiyanın yayılmasında xüsusi xidmətləri olmuş, eləcə də media və publisistika sahəsində peşəkar fəaliyyətinə görə tanınmış şəxslərə təqdim edilir. Qarabağ müharibəsinin alovlandığı bir dövrdə təşəbbüsü verilən diplom Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, müharibə həqiqətlərinin media vasitəsi ilə dünyaya çatdırılması istiqamətində fəaliyyətinə görə ilk dəfə  4 nəfərə təqdim olunub . Leonid Lazareviç (Rusiya, Radio Mayak) və Çingiz Mustafayev (Azərbaycan, Milli Qəhrəman )  ölümündən sonra, Yuri Pompeyev (Rusiya, jurnalist-publisist) və Riçard Lapaytis (Litva, fotojurnalist) isə sağlığında BAMF-ın Fəxri Diplomuna layiq görülmüşdürlər. Onlardan sonra da bəzi jurnalistlər bu diplomla təltif olunublar.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar