Orta məktəblərdə çipsi və qazlı suların satışı qadağan edilir
29 may 2013 15:01 (UTC +04:00)

Orta məktəblərdə çipsi və qazlı suların satışı qadağan edilir

“Təhsil müəssisələrinin yeməkxanaları ilə bağlı standartlar artıq hazırdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.


 

Komitə sədri bildirib ki, hazırlanan standart ən müasir tələblərə cavab verir: “Bu standartların tətbiqinin tarixi isə Təhsil Nazirliyi ilə müəyyənləşdirilir”.

 

R.Həsənov deyib ki, standartlara uyğun olaraq uşaq orqanizmi üçün zərərli məhsullar müəyyənləşdiriləcək və satışına qadağa qoyulacaq: “Hələlik bu məhsulların adlarını sadalamaq düzgün olmazdı. Ancaq hamımızın bildiyi məhsullar var ki, onlar zərərlidir. Bunlardan çipsini və qazlı suları qeyd etmək olar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429
avatar

Oxşar yazılar