Onun sizin köməyinizə ehtiyacı var
01 mart 2016 15:31 (UTC +04:00)

Onun sizin köməyinizə ehtiyacı var

Həsənquluyeva Arzu 4 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu barədə Lent.az-a onun oğlu Zülfüqar Həsənquluyev məlumat verib. Onun sözlərinə görə, anası 3 il Bakıda xəstəliyə qarşı müalicə alsa da, xeyri olmayıb. 2015-ci ildə A. Həsənquluyevanı İrana aparıblar. Tehranın Pars hospitalında bir kurs kimya terapiya alıb. Bunun üçün ailənin 6 min manat xərcləyib.

 

Növbəti müalicəni həkim 21 gün sonraya təyin etsə də, ailənin maddi imkanı olmadığından ikinci kurs müalicəyə davam edə bilməyib. Arzu Həsənquluyevanın müalicəsi üçün 20 min manat vəsaitə ehtiyac var. Bu məbləğlə o, 3-4 dəfə İranda müalicə ala biləcək.

 

Müalicə gecikdikcə Arzu Həsənquluyevanın həyati təhlükəsi artır. Ailəyə yardım etmək istəyənlər üçün bank hesabı açılıb.

 

DəmirBank hesab nömrəsi: 110012558

 

Kömək etmək istəyənlər MilliÖn aparatı ilə də ödəniş edə bilərlər.

 

Əlaqə nömrəsi: 055 271 1471

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar