Tovuzda rayonunda ön cəbhədə hərbi hissədə və rayon mərkəzində Heydər Əliyevin 90 illiyi münasibətilə tədbirlər keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Heydər Əliyevin həyat və yaradıcılığından, zəngin irsindən, xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Qənirə Paşayeva isə bildirib ki, Heydər Əliyevin siyasəti müstəqil Azərbaycanın inkişafına yol açıb. Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib.
Daha bir tədbir Tovuz rayonun mərkəzində keçirilib. Tədbir konsert proqramı ilə davam etdirilib.