Dağlıq ərazilərə 10-15 sm qar yağıb - <span style="color:red;">Faktiki hava
29 mart 2016 10:50 (UTC +04:00)

Dağlıq ərazilərə 10-15 sm qar yağıb - Faktiki hava

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan hava şəraitini açıqlayıb. Departamentdən Lent.az- verilən məlumata görə, martın 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.

 

Qar örtüyünün hündürlüyü  Ağdərədə 6, Daşkəsən, Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində 10-15 sm-ə çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar