Ölkədaxili pul köçürmələrini birbaşa plastik kartla almaq mümkün oldu
09 mart 2016 14:45 (UTC +04:00)

Ölkədaxili pul köçürmələrini birbaşa plastik kartla almaq mümkün oldu

İndi ölkədaxili pul köçürmələri üzrə aktiv müştərilər vəsaiti birbaşa plastik kartla ala biləcəklər ki, həmin məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq.

 

Belə bir unikal fürsəti Bank Respublika-nın yeni “Vektor” kartı yaradır. Bu kart, bank ofisinə gəlmədən, e-Manat terminalları üzərindən pul köçürməsinə imkan verən “Vektor” sisteminin növbəti inkişaf mərhələsidir.

 

Yeni kart pulsuz verilir və tam funksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur, bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.

 

Yeni sistemin əsas üstünlüyü ondan ibarətdir ki, köçürülən məbləğ  pulu alan şəxsin kartına dərhal mədaxil edilir. Eyni zamanda, pulu göndərən və pulu alan şəxslərə SMS vasitəsilə bildiriş göndərilir.

 

e-Manat terminalları vasitəsilə “Vektor” kartına pul köçürmək üçün, pulu alanın şəxsiyyət vəsiqəsinin nömrəsi və kartın son 4 rəqəmini qeyd etmək tələb olunur.

 

Vektor sistemi üzrə pulköçürmə əməliyyatları yalnız ölkədaxili və milli valyutada aparılır. Köçürmənin maksimal məbləği 3000 manat təşkil edir. Kartı rəsmi internet səhifəsində  www.bankrespublika.az  həmçinin bankın istənilən filialında sifariş etmək olar.

 

Kart üzrə daha ətraflı məlumat burada.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344
avatar

Oxşar yazılar