TQDK SAT imtahanının vaxtını açıqlayıb
01 oktyabr 2015 16:31 (UTC +04:00)

TQDK SAT imtahanının vaxtını açıqlayıb

0

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 3-ü saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

İmtahanının nəticələri oktyabr ayının 22-də imtahanda iştirak edənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar