Nuşirəvan Məhərrəmli: “Ədəbi dil küçə danışığına uduzur”
04 iyul 2013 16:45 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Ədəbi dil küçə danışığına uduzur”

“Hazırda Azərbaycanın televiziya və radio məkanında ədəbi dil normaları küçə, bazar, şou-biznes danışıq normalarına uduzur”. Lent.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, televiziya və radio məkanında bununla bağlı balans çox ciddi şəkildə pozulur. Onun sözlərinə görə, ölkədə bəzən belə bir fikir formalaşdırılır ki, xalq danışıq dili hər yerdə olmalıdır: “Bu, tamamilə yanlış bir fikirdir. Azərbaycanda teleradio kanallarında çalışan aparıcılar kimliyindən asılı olmayaraq ədəbi-dil qaydalarını mütləq bilməlidir. Kinolarda, tamaşalarda isə xalq danışıq dili saxlanmalıdır. Amma istər idman, istər mədəniyyət, istərsə də xəbər aparıcıları Azərbaycanın ədəbi dil qaydalarını bilməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar