Bakı və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin əsasən yağmursuz, dəyişən buludlu keçəcəyi, axşam isə havanın tutqun olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent. az-a verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, noyabrın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacağı, bəzi yerlərdə isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.