Nicat Dağlara ilik köçürülə bilər
01 avqust 2013 17:15 (UTC +04:00)

Nicat Dağlara ilik köçürülə bilər

 

“Nicat Dağlara ilik köçürülə bilər”. Bunu Lent.az-a jurnalistin qohumu Məqsəd Rəhimov deyib. Onun sözlərinə görə, bu həftə Nicatdan yeni qan analizləri götürülüb: “Analizlərin ilkin nəticəsinə əsasən, Nicatın müalicəsində irəliləyiş var. Onun qanındakı leykositlərin sayında enmə müşahidə olunub. Həkimlərin növbəti müayinəsi gələn həftənin birinci günü olacaq. Bu yoxlamadan sonra alman professorlar arasında sonuncu konsilium keçiriləcək. Və bu konsiliumda Nicatın bundan sonra müalicəsinin necə davam edəcəyi və iliyin köçürülüb köçürülməyəcəyinə qərar veriləcək”.

 

M. Rəhimov bildirib ki, alman həkimlər Nicatı iliyin köçürülməsi ilə bağlı oktyabrda yenidən müayinə edəcəklər: “Əgər iliyin köçürülməsi dəqiqləşərsə, onun birinci dərəcəli qohumlarına müraciət olunacaq. Belə olarsa, N. Dağların qardaşı Rəşad Hüseynov Almaniyaya dəvət oluna bilər”.

 

Qeyd edək ki, jurnalist N. Dağlar leykoz xəstəliyindən müalicə almaq üçün iyunun 26-da Almaniyanın klinikalar şəhəri Frankfurta göndərilib. Nicatın müalicəsi dövlət tərəfindən ödənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar