Nicat Dağlar Almaniyaya gələn həftə gedəcək
18 iyul 2013 16:31 (UTC +04:00)

Nicat Dağlar Almaniyaya gələn həftə gedəcək

Leykozdan əziyyət çəkən jurnalist Nicat Dağlar müalicəsini davam etdirmək üçün Almaniyaya gələn həftə yola düşəcək. Lent. az-ın məlumatına görə, xəbəri “Media forum” saytına jurnalistin qayını Məqsəd Rəhimov verib.

Məqsəd Rəhimov bildirib ki, iyulun 15-dən Nicat  müalicəsinin ikinci kursu üçün Gürcüstanda həkim müayinəsindən keçir: “Nicatı müayinə edən həkim onda irəliləyiş olduğunu bildirir. İyulun 17-dən bəri qanaxması olmayıb. Gürcüstandan qayıdandan sonra Nicat Gəncədə iki-üç gün dincələcək, sonra Bakıya gələcək. Gələn həftənin əvvəlində Almaniyaya yola düşəcəyik. Viza məsələsi dövlət səviyyəsində həll olunur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar